Modern.az

Zelenski: “Putinin nüvə hədəsi blefdir”

Zelenski: “Putinin nüvə hədəsi blefdir”

Aktual

10 Mart 2022, 09:20

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinin nüvə silahından istifadə etmək hədəsini “blef” hesab edir.

Modern.az xəbər verir ki, o bu barədə Almaniyanın “Die Zeit” qəzetinə müsahibəsində bildirib.


“Məncə, nüvə müharibəsi təhlükəsi blefdir. Qatil olmaq bir şeydir, intihar etmək başqa...”, - deyən Zelenski “Putinin nüvə hədəsi onun zəifliyini nümayiş etdirir” söyləyib.

Zelenski deyib: “O, ancaq başqa heç nə işə yaramadıqda nüvə silahından istifadə etməklə hədələyir. Nüvə silahından istifadə yalnız onu işə salan tərəf üçün deyil, bütün tərəflər üçün son deməkdir”.


Qeyd edək ki, fevralın 27-də Rusiya prezidenti Vladimir Putin nüvə silahı qüvvələrini xüsusi hazırlıq vəziyyətinə gətirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı