Rusiya, Türkiyə və Ukrayna xarici işlər nazirləri Sergey Lavrov, Mövlud Çavuşoğlu və Dmitri Kuleba arasında üçtərəfli görüş başa çatıb.
Modern.az xəbər verir ki, görüş Türkiyənin Antalya şəhərində yerləşən məşhur “Regnum Carya” otelində keçirilib. Danışıqlar təxminən 1 saat davam edib.
Görüşdən sonra XİN başçılarının ayrılıqda mətbuat konfransı keçirməsi gözlənilir.
Qeyd edək ki, Antalya görüşü Rusiya-Ukrayna müharibəsi başlayandan bəri iki ölkənin rəsmiləri arasında ən yüksək səviyyəli görüşdür.


