Modern.az

Səfirlik: Bakıda Doğulan Bella Davidoviç ABŞ-nin Mədəni İrsinin Bir Hissəsidir

Səfirlik: Bakıda Doğulan Bella Davidoviç ABŞ-nin Mədəni İrsinin Bir Hissəsidir

Mədəniyyət

24 May 2026, 21:15

Amerika müstəqilliyinin 250 illiyini qeyd edərkən, ölkəmizin tarixində iz qoymuş amerikalı yəhudilərin töhfələrini də qürurla xatırlayırıq.

Modern.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı Səfirliyindən məlumat verilib.

Bildirilib ki, bu gün isə diqqət mərkəzində Bakıda doğulmuş əfsanəvi pianoçu Bella Davidoviçdir.

Azərbaycanın zəngin yəhudi icmasında böyüyən Bella Davidoviç sonradan Sovet İttifaqının ən məşhur pianoçularından birinə çevrildi. O, 1978-ci ildə ABŞ-a köçərək musiqi karyerasını burada davam etdirdi, çıxışları və müəllimlik fəaliyyəti ilə dünyanın müxtəlif yerlərində gənc musiqiçilərə ilham verdi.

Bella Davidoviçin həyat yolu musiqinin insanları və mədəniyyətləri bir araya gətirmək gücünü göstərir. Yəhudi Amerikalıların İrs Ayında Amerika tarixinin ayrılmaz hissəsinə çevrilmiş yəhudi amerikalıların uğurlarını və hekayələrini qeyd edirik.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!