Modern.az

"Qəbələ"nin oyunu qara görə təxirə salındı

Aktual

13 Mart 2022, 18:51

Bu gün Azərbaycan Premyer Liqasının 19-cu turunda keçirilməli olan "Qəbələ" - "Zirə" matçı təxirə salınıb.

 

Modern.az xəbər verir ki, görüşün baş hakimi Əliyar Ağayev güclü qar səbəbindən 65-ci dəqiqədə futbolçuları paltardəyişmə otağına göndərib. 

 

Qarşılaşma sabah saat 12:30-da Qəbələ şəhər stadionunda dayandırıldığı dəqiqədən davam edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı