Modern.az

Bakıxanovda su olmayacaq

Bakıxanovda su olmayacaq

Aktual

5 Fevral 2013, 11:47

“Azərsu” ASC-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi X.Xasməmmədov küçəsindən keçən uzun müddətdir istismarda olan 355 mm diametrli çuqun borulardan ibarət 1200 metrlik  magistral su xətti polietilen borularla əvəzlənib. Hazırda yeni xəttin şəbəkəyə qoşulması işləri aparılır. Bununla əlaqədar fevralın 5-də gün ərzində Sabunçu rayonu Bakıxanov qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı