Modern.az

Media Hüququ İnstitutu iki naziri iddia ərizəsini geri götürməyə çağırır

Media Hüququ İnstitutu iki naziri iddia ərizəsini geri götürməyə çağırır

Aktual

7 Mart 2013, 17:26

Daxili işlər naziri cənab Ramil Usubov və fövqəladə hallar naziri cənab Kəmaləddin Heydərov “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid barəsində cinayət təqibi başlamaq və onu cəzalandırmaq tələbi ilə məhkəməyə müraciət ediblər. Səbəb Q. Zahidin “Azadlıq”da dərc olunmuş “Ramil Usubov Kəmaləddin Heydərova qəzəblənib” başlıqlı yazısıdır.

  “Cinayət Məcəlləsində defamasiyaya görə cəza nəzərdə tutan 147-ci (böhtan) və 148-ci (təhqir) maddələrinin Azərbaycanda artıq tətbiq olunmadığını dönə-dönə deyən, bu maddələrin, eləcə də defamasiyaya görə ağır cəzalar müəyyən edən başqa maddələrin Cinayət Məcəlləsindən çıxarılaçağı ilə bağlı bəyanatlar verən hökumətin iki mühüm üzvünün eyni zamanda jurnalisti bu maddələrlə cəzalandırmağa qalxmaları çox təhlükəli dönüşdən xəbər verir”, – deyə Media Hüququ İnstitutunun açıqlamasında bildirilir.

İnstitutdan Modern.az-a verilən məlumata görə, dövlət qurumları, onların vəzifəli şəxsləri, fəaliyyətləri daim ictimai nəzarətdə olmalıdır. Demokratik sistemlərdə hökumətin fəaliyyəti yalnız qanunvericilik və məhkəmə hakimiyyətinin deyil, həm də mətbuat və ictimaiyyətin diqqət mərkəzində dayanmalıdır. Dövlət qurumları, onların vəzifəli şəxsləri hətta media tərəfindən əsassız iddialara məruz qaldıqları zaman dözüm göstərmək zorundadırlar. İfadələrinə görə şəxslərə ağır cinayət cəzaları qorxusu ictimai önəmli məsələlərlə bağlı açıq, kəskin və hərtərəfli debatları əngəlləyir, ölkəni korrupsiya, qanunsuzluq, məmur özbaşınalıqları kimi təhlükəli xəstəliklərə qarşı zəruri əlaclardan məhrum edir.  

Media Hüququ İnstitutu Ramil Usubovu və Kəmaləddin Heydərovu jurnalisti həbs etdirmək niyyətindən geri çəkilməyə çağırır.

  Aytən Əliyeva  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı