Modern.az

Lerikli hərbçi şəhid olub - İki ay öncə ailə qurmuşdu...

Lerikli hərbçi şəhid olub - İki ay öncə ailə qurmuşdu...

Aktual

13 Sentyabr 2022, 12:48

Dövlət Sərhəd Xidmətinin (DSX) müddətdən artıq həqiqi hərbi qulluqçusu şəhid olub. 

 

Modern.az xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin sentyabrın 13-ü gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi təxribatlar nəticəsində DSX-nın baş çavuşu Şəmistan Əbdülağa oğlu Sadıxov şəhidlik zirvəsinə yüksəlib.

 

Şəhid Şəmistan Sadıxov Lerik rayonun Əvilə kəndində anadan olub. 

 

Qeyd edək ki, Ş.Sadıxov iki ay öncə ailə həyatı qurmuşdu.

 

Allah rəhmət eləsin!

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı