Modern.az

Odlu silah satmaq istədi, polisə yaxalandı

Odlu silah satmaq istədi, polisə yaxalandı

Aktual

30 Avqust 2023, 09:48

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, Şöbənin Cinayət Axtarışı Bölməsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, qanunsuz olaraq satış məqsədi ilə odlu silah əldə edib saxlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Bayram İsgəndərov rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.

 

Onun üzərinə baxış keçirilən zaman əlindəki çantadan 1 ədəd atəşə yararlı avtomat, həmin silaha aid daraq və 5 ədəd 7.62 millimetrlik patron aşkar edilərək götürülüb.

 

Götürülən maddi sübut ekspertizaya göndərilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı