Modern.az

Azərbaycan səfiri etimadnaməsini Braziliya Prezidentinə təqdim edib 

Azərbaycan səfiri etimadnaməsini Braziliya Prezidentinə təqdim edib 

Ölkə

27 İyun 2017, 20:49

Cari ilin 26 iyun tarixində Azərbaycan Respublikasının Braziliya Federativ Republikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Elxan Poluxov Etimadnaməsini Braziliya Federativ Respublikasının Prezidenti Mişel Temerə təqdim edib.

Səfirlikdən Modern.az-a verilən məlumata görə, etimadnaməni təqdim etdikdən sonra, Səfri Elxan Poluxov Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin səmimi salamlarını Braziliya Prezidenti, cənab Mişel Temerə çatdıraraq Azərbaycan ilə Braziliya arasındakı yaxın dostluq münasibətləri müzakirə ediblər.

Mərasimin sonunda Səfir Elxan Poluxovla Braziliya Prezidenti Mişel Temer xatirə şəkili çəkdiriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı