Modern.az

Azərbaycanda 1 milyon manat qrant alan layihələr... (SİYAHI)

Azərbaycanda 1 milyon manat qrant alan layihələr... (SİYAHI)

Ölkə

21 İyul 2011, 12:26

Elm Fondunun elan etdiyi müsabiqənin qalibləri arasında Azərbaycan tarixinin fundamental məsələlərini araşdıracaq layihələr yoxdur


Azərbaycanda ilk dəfə olaraq dövlət xətti ilə qrant layihələrinə 1 milyon manat pul ayrılıb. Modern.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun açıqladığı müsabiqə qalibləri arasında bu məbləğdə pul alan qrant layihələri qeyd olunub.
Həmin siyahını təqdim etməzdən əvvəl bir neçə qeydin vacibliyini vurğulamaq yerinə düşər. İlk olaraq qeyd edək ki, layihələrin əksəriyyəti neft sahəsi ilə bu və ya digər şəkildə bağlıdır. Bunu neft sahəsinin aparıcı olduğu bir ölkədə üstün olduğunu başa düşmək olar.

Bununla belə, Elm Fondu tərəfindən Azərbaycan tarixi ilə bağlı cəmi beş layihəyə pul ayrılması da hazırkı prioritetlər baxımından yetərli sayıla bilməz. Bu istiqamətdə cəmi beş layihəyə maliyyə ayrılıb. Qəribədir ki, onlar arasında Qarabağın tarixi, bütövlükdə Azərbaycanın tarixi ilə bağlı araşdırmalara dair heç bir layihə yoxdur. Yalnız akademik Yaqub Mahmudova “Naxçıvan tarixi” adlı iki cildliyini yazmaq üçün 150 min manat pul ayrılıb. “İlkin sivilizasiyaları әks etdirәn arxeoloji komplekslәr (Goytәpә neolit dovru abidәsi - acıq sәma altında arxeopark)” layihəsinə isə 185 min manat ayrılıb. Qalan layihələr isə islam fəlsəfəsinin araşdırılmasına ayrılıb. Bunlardan biri “İslam mәdәni bolgәsi fәlsәfә tarixinin dunya fәlsәfә tarixindә yeri vә rolunun elmi dәyәrlәndirilmәsi mәqsәdinә yonәlmiş forumun yaradılması”, digəri isə “XX-XXI әsrlәrdә İslam fәlsәfәsinin әn yeni inkişaf istiqamәtlәri” layihəsidir. Bu layihələrə üst-üstə 45 min manat ayrılıb.

Halbuki çağdaş Azərbaycan tarixində bir sıra məqamların araşdırılmasının vacib olduğunu Prezident İlham Əliyev də çıxışında dəfələrlə vurğulayıb. Elə bu ilin aprelində Prezident İlham Əliyev Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında çıxışı zamanı tarix elmləri ilə bağlı məsələnin diqqət mərkəzində saxlanmasını qeyd edib.

“Tarix elmləri ilə bağlı olan məsələlər daim diqqət mərkəzindədir. Biz bu məsələyə çox böyük diqqət göstəririk. Mən çox şadam ki, tarixçilərimiz çox sanballı və əsaslı əsərlər yaradırlar. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu bizə diktə edir ki, bu sahəyə daha da böyük diqqət göstərək. Çünki bu bölgənin tarixi ermənilər tərəfindən daim saxtalaşdırılır, daim təhrif olunur”-deyə İ.Əliyev vurğulamışdı.

Elm Fondu nədənsə Dağlıq Qarabağın tarixi, Azərbaycan tarixşünaslığında bir sıra ciddi problemlərin araşdırılması ilə bağlı layihələri kənarda qoyub. Əgər belə layihələr təqdim edilməyibsə, onda daha pis. Halbuki, araşdırılması və üzə çıxarılması çox məsələlər var. Elə bu yaxınlarda Vatikan arxivlərində Azərbaycanın qədim tarixi ilə bağlı bir sıra mühüm sənədlər üzə çıxdı. Bu arxivlərdəki sənədləri daha dərindən araşdırmaq üçün Fondun dəstək verəcəyi layihələrə böyük ehtiyac var. Digər tərəfdən Azərbaycanın bolşevik işğalından sonra xarici ölkələrdə yaşamağa məcbur olmuş siyasi mühacirlərin böyük bir ədəbi və tarixi irsi pərakəndə halda qalmaqdadır. Bu Azərbaycanın xüsusi önəm verdiyi diaspor siyasətinin aparılmasına xüsusi töhfə ola bilərdi. Amma siyahıda bununla bağlı araşdırma layihələri yoxdur. Bundan başqa, ermənilərin bir sıra qədim mədəni abidələrimizə iddiaları ilə bağlı sərsəmləmələrini darmadağın edə biləcək araşdırmalara dəstək verilməsi çox mühümdür. Bu araşdırmaların xarici ölkələrin arxivlərində üzə çıxarılmasını təmin edəcək addımlar Azərbaycan tarixinin araşdırlmasına böyük töhfə olardı. Digər tərəfdən Türkiyə-Azərbayacan münasibətlərinə yeni baxışın ortaya qoyulması üçün yeni elmi araşdırmalar vacibdir. Bu yöndə olan tarixi araşdırmalar ölkəmizin təbliği baxımından daha geniş istifadə edilə bilər.

Bu qısa qeydlərdən sonra  biz ən çox pul ayrılmış qrant layihələrini sizə təqdim edirik:

1. “Müasir vә perspektiv tәlәblәrә cavab verәn aşqar, sürtkü yağları, yanacaq vә xususi mayelәrin yaradılmasının beynәlxalq standartlara uyğun maddi-texniki tәminatı” -   1 milyon manat  
Mirzə Mövsümzadə - AMEA Aşqarlar Kimyası İnstitutu

2. “Respublikada biologiya vә tibb sahәsindә ultrastruktur tәdqiqatların muasir sәviyyәdә tәşkili ucun Transmissiya Elektron Mikroskopunun, müvafiq cihaz, avadanlıq vә materialların alınması” – 725 min manat
Qasımov Eldar Kocәri oğlu - A.R. Sәhiyyә Nazirliyi, Azәrbaycan Tibb Universiteti

3. “Azәrbaycan nefti” – 1 milyon manat
Әliyev Adil Abas Әli oğlu - AMEA Geologiya İnstitutu

4. “Azәrbaycanda milli elmi informasiya resursları vә elmi istinad indeksinin formalaşdırılması mexanizmlәrinin işlәnilmәsi” - 130 min manat
Әliquliyev Rasim Mәhәmmәd oğlu - AMEA İnformasiya Texnologiyaları İnstitutu

5. “Yeni nәsil nanostrukturlu poliefiruretan әsaslı ortuklәrin sintezinin elmi-texnoloji әsaslarının işlәnmәsi vә tәtbiqi” -  150 min manat
Cavadov Nәriman Fәrman oğlu- AMEA Neft-Kimya Proseslәri İnstitutunun Tәcrubә-sәnaye zavodu

6. “İnteqral, diferensial vә inteqro-diferensial tәnliklәrin әdәdi hәllinә irәliyәqacma usulunun tәtbiqi vә mikrobioloji vә ekoloji proseslәrin tәdqiqindә rolunun araşdırılması” - 230 min manat
İbrahimov Vaqif Rza oğlu - A.R. Tәhsil Nazirliyi, Bakı Dövlәt Universiteti

7. “Kәnd tәsәrrufatı bitkilәri toxumlarının ekoloji saxlanması ucun ozonlaşdırma texnologiyasının işlәnmәsi vә avadanlığın sәnaye numunәlәrinin hazırlanması” - 200 min manat
Nizamov Telman İnayәt oğlu - "Azәrbaycan Hava Yolları" QSC, Milli Aviasiya Akademiyası

8. “Muasir vә perspektiv texnikanın tәlәblәrinә cavab verәn murәkkәb efir tipli yeni sintetik surtku yağlarının yaradılması” - 150 min manat
Qurbanov Huseyn Namaz oğlu - AMEA Neft-Kimya Proseslәri İnstitutu

9. “Tәbii radioaktiv radium izotoplarının effektiv sorbentlәrinin alınması vә sorbsiya xassәlәrinin tәdqiqi” -200 min manat
Qәribov Adil Abdulxalıq oğlu - AMEA Radiasiya Problemlәri İnstitutu

10. “İlkin sivilizasiyaları әks etdirәn arxeoloji komplekslәr (Göytәpә neolit dovru abidәsi - acıq sәma altında arxeopark)” - 185 min manat
Quliyev Fәrhad Eldar oğlu - AMEA Arxeologiya vә Etnoqrafiya İnstitutu

11. Naxcıvan tarixi" (iki cilddә) - 150 min manat
Mahmudov Yaqub Mikayıl oğlu - AMEA Tarix İnstitutu

Xaqani SƏFƏROĞLU

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı