Şabran rayon ərazisinin Gəndov massivində yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Şimal bürsounun xəbərinə görə, “Hundai” markalı avtomobil “VAZ 21-011” markalı maşınla toqquşub. Qəza nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.
Ölənin kimliyi məlum olmasa da, yaralıların adları müəyyənləşdirilib. Bunlar Sumqayıt şəhər sakini 1987-ci il təvəllüdlü Şixalıyev Elşən Rasim oğlu və Şabran rayon Mollakamallı kənd sakini 1958-ci il təvəllüdlü Musayev Atakişi Ramazan oğludur.
Hadisə yerinə xəstəxananın iki təcili tibbi yardım maşını göndərilib. Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Modern.az