Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Braziliyada keçirilən Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb.
Modern.az xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində çıxış edən Hacı Əliyev səkkizdəbir finalda Yunsik Yun (Koreya Respublikası) ilə qarşılaşıb. Rəqibini məğlub edən idmançımız dörddəbir finala yüksəlib.
Digər sərbəst güləşçimiz də “Rio Olimpiadası”nda il görüşdə qələbə qazanıb. 74 kiloqram çəki dərəcəsində çıxış edən Cəbrayıl Həsənov səkkizdəbir finalda kolumbiyalı Karlos Arturo İzkierdo Mendesdən üstün olub.