Modern.az

Yevda Abramov: “Azərbaycandan olmağımla fəxr etdim”

Yevda Abramov: “Azərbaycandan olmağımla fəxr etdim”

Aktual

13 Oktyabr 2016, 09:12

“Şimon Peresin dəfnində mən də iştirak etdim.  Şimon Peres Azərbaycan xalqını çox sevirdi. Allah ona rəhmət eləsin”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin yəhudi əsilli deputatı Yevda Abramov deyib.

Deputat bildirib ki, Şimon Peresin dəfnində vaxt tapıb dünyanın ayrı-ayrı ölkələrindən gələn yəhudi təşkilatlarının nümayəndələri ilə də görüşüb:

“Şimon Peresi son mənzilə yola salanda yəhudi təşkilatlarının nümayəndələri ilə ayaqüstü görüşdük.  Başqa cür görüşməyə imkanlar bir az məhdud idi, çünki dəfn zamanı kənara çıxmağa icazə verilmirdi.

Əksər təşkilatlar Azərbaycan xalqı, dövləti və Milli Məclisi haqqında yüksək fikirdədirlər.

Dünyadan gələn mötəbər yəhudi təşkilatlarının rəhbərlərinin və üzvlərinin Azərbaycan haqqında müsbət və yüksək fikirdə olmaları həqiqətən də gözəl hisslərdir. Bunlar məndə böyük qürur hissləri yaratdı.

Dünyanın 80 ölkəsindən gələn nümayəndələr qarşısında Azərbaycandan olmağımla fəxr etdim”-deyə Yevda Abramov bildirib.

 

Ağa AKİFOĞLU

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı