Modern.az

Ötən günün kriminal STATİSTİKASI: 38 nəfər saxlanıldı

Ötən günün kriminal STATİSTİKASI: 38 nəfər saxlanıldı

Aktual

8 Sentyabr 2018, 09:20

Sentyabrın 7-dən 8-dək daxili işlər orqanlarında qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. 

 

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 116 cinayət faktı qeydə alınıb, onların da 26-sı “isti izlər”lə açılıb. 

 

Əvvəlki dövrlərdən bağlı qalmış 25 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə, ümumilikdə, 24 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı