Modern.az

Macarıstanla Ukrayna arasında diplomatik qalmaqal

Macarıstanla Ukrayna arasında diplomatik qalmaqal

مورد توجه

4 Oktyabr 2018, 19:04

Ukrayna Bereqova şəhərindəki Macarıstan konsulunu “arzuolunmaz şəxs” elan edib.

 

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, məlumatı Ukrayna Daxili İşlər Nazirliyi yayıb. Nazirlik bu barədə rəsmən Macarıstanın Ukraynadakı səfiri Erno Keşkenyuya məlumat verildiyini bildirib. Konsulun ölkəni tərk etməsinə 72 saat vaxt qoyulub.

 

Xatırladaq ki, Ukraynanın xarici işlər naziri Pavel Klimkin bir neçə gün öncə Zakarpartye vilayətində Ukrayna vətəndaşlarına Macarıstan pasportlarının verildiyini faktlarla macar həmkarı Peter Siyartoya çatdırdığını bildirmiş, bunun konsulluq münasibətlərinə dair Venesiya Konvensiyasının tələblərinə zidd olduğunu vurğulamışdı: “Mən macar həmkarıma konsullarının geri çağırılmasını təklif etdim. Dedim ki, əgər bu baş verməsə, bu həftə konsulun ölkədən çıxarılmasına dair nota təqdim edəcəyik”.

 

Macarıstan da Ukrayna konsulunun ölkədən deportasiya edilməsi haqqında qərar qəbul edib.

Bunu jurnalistlərə açıqlamasında Macarıstanın xarici işlər naziri Piter Siyarto deyib. O bu addımın Ukraynanın Bereqova şəhərindəki macar konsulun “arzuolunmaz şəxs” elan edilməsinə cavab olaraq atıldığını bildirib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı