Modern.az

“Mançester Yunayted” evdə uduzdu, “Roma” qələbə çaldı  

“Mançester Yunayted” evdə uduzdu, “Roma” qələbə çaldı   

Aktual

13 Fevral 2019, 02:14

Fevralın 12-də UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.

Modern.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib.

"Roma" İtaliyada "Porto" ilə qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb. Eyni vaxtda start götürən digər görüşdə isə PSJ "Mançester Yunayted"in qonağı olub. İkinci hissədə 2 qol vuran fransızlar Parisə sərfəli nəticə ilə dönüblər. Bu, eyni zamanda "qırmızı şeytanlar"ın baş məşqçisi Ole-Qunnar Sulşerin Mançester təmsilçisinin sükanı arxasında ilk məğlubiyyəti olub.

Qeyd edək ki, komandalar arasında cavab oyunları martın 7-də keçiriləcək.


Çempionlar Liqası, 1/8 finalın ilk oyunları

12 fevral

00:00. “Roma” (İtaliya) – “Porto” (Portuqaliya) - 2:1
Qollar:
 N. Zaniolo, 70 (1:0), 77 (2:0), A. Lopez, 79 (2:1)


00:00. “Mançester Yunayted” (İngiltərə) – PSJ (Fransa) - 0:2
Qollar: P. Kimpembe, 53 (0:1), K. Mbappe, 60 (0:2)
Qırmızı vərəqə: Pol Poqba, 90


13 fevral

00:00. “Tottenhem” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya)

00:00. “Ayaks” (Hollandiya) – “Real” (İspaniya)

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı