Modern.az

Dövlət İmtahan Mərkəzi məktəb direktorlarına müraciət edib

Dövlət İmtahan Mərkəzi məktəb direktorlarına müraciət edib

Aktual

28 İyun 2019, 10:42

Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün ümumtəhsil müəssisəsələrində buraxılış sinif şagirdlərinin biliyinin yekun qiymətləndirilməsi prosesinə başlayıb.

DİM-dən Modern.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq ümumtəhsil müəssisələri "Şagird-məzun" dövlət elektron məlumat sisteminə buraxılış sinif şagirdlərinin illik qiymətlərini vaxtında, tam və düzgün daxil edib təsdiqləməlidirlər. 

“Xatırladırıq ki, İnzibati Xətalar Məcəlləsinin 599-cu maddəsinə əsasən ümumi təhsil və peşə təhsili müəssisələrinin “Şagird-məzun” dövlət elektron məlumat sisteminə qoşulmamasına və ya məlumatların həmin sistemə vaxtında, tam və ya düzgün daxil edilməməsinə görə-vəzifəli şəxslər 200 manatdan 300 manatadək məbləğdə, hüquqi şəxslər 2 500 manatdan 3 000 manatadək məbləğdə cərimə edilir”,- DİM bəyan edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı