Modern.az

Rəsmi Bakı Cəmmu və Kəşmirdə baş verənlərə münasibət bildirdi

Rəsmi Bakı Cəmmu və Kəşmirdə baş verənlərə münasibət bildirdi

Aktual

15 Avqust 2019, 17:27

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Cəmmu və Kəşmirdə baş verən hadisələrə münasibət bildirib. 

Modern.az xəbər verir ki, XİN-in Mətbuat katibi Leyla Abdullayeva bildirib ki, Azərbaycanın Cəmmu və Kəşmir məsələsində mövqeyi ardıcıl xarakter daşıyır:

"Azərbaycan Cəmmu və Kəşmir məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq həllini dəstəkləyir.

Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Cəmmu və Kəşmir məsələsi üzrə Kontakt qrupun üzvüdür. Bu günlərdə İƏT-in Ciddədə mənzil qərargahında Cəmmu və Kəşmir üzrə Kontakt qrupun iclası keçirilib".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı