Gürcüstanda hava şəraiti yenidən kəskin dəyişəcək.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Ətraf Mühit Milli Agentliyi məlumat yayıb.
Məlumata görə, avqustun 30-31-də ölkə ərazisində güclü yağışlar yağacaq. Bəzi bölgələrdə dolu düşəcək, güclü külək əsəcək. Qara dənizin Gürcüstan sahillərində 4-5 ballıq qasırğa gözlənilir. Sahilboyu qırmızı fənərlər yandırılıb, dənizə girmək qadağandır.
Məlumata görə, güclü leysan nəticəsində çaylarda suyun səviyyəsi qalxacaq, torpaq sürüşməsi təhlükəsi var.