Şəkidə seçki məntəqəsi yanıb.
Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu gecə baş verib.
Kənd Mədəniyyət Klubunun böyük bir hissəsi yanıb, həmin binada həm Məntəqə Seçki Komissiyası, həm də kənd bələdiyyəsi yerləşir. Yanğın MnSK hissədə baş verib və binanın 90 faizi tam yanıb. Yanğının bələdiyyənin yerləşdiyi hissəyə keçməsinin qarşısı alınıb.