İtaliyanın Baş naziri Mario Draqi tezliklə prezident Volodimir Zelenski ilə görüşmək üçün Kiyevə səfər edə bilər.
Modern.az xəbər verir ki, bu barədə hökumət başçısı özü bildirib.
"Mümkündür ki, yaxın vaxtlarda Boris Conson, Pedro Sançes və Avropanın ali rəhbərliyinin (Britaniya və İspaniyanın baş nazirləri) etdiyi kimi Volodimir Zelenski ilə görüşmək üçün şəxsən Kiyevə gedim. Dəqiq tarix yoxdur, lakin bu saatda belə bir missiyanın mümkünlüyü qiymətləndirilir”, - Baş nazir qeyd edib.