Modern.az

Lerikli məktəblilər mukafatlandırıldı - FOTOLAR

Lerikli məktəblilər mukafatlandırıldı - FOTOLAR

Aktual

26 May 2022, 14:30

Mayın 26-da şəhid leytenant Arif Nuriyev adına Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyində “Şuşa ili” ilə bağlı tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə  Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lerik rayon üzrə sektor müdri Zöhrab Salayev, Lerik Rayon İcra Hakimiyyətinin nümayəndəsi, şəhid ailə üzvləri, məktəbin müəllim kollektivi və məktəbin şagirdləri iştirak ediblər.

 

Bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd Qarabağın, o cümlədən Şuşanın zəngin mədəniyyətini, tarixini, təbiətini tanıtmaq, təbliğ etmək, yetişməkdə olan gənc nəslə çatdırmaqdır. Tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Şəhid atası Mükafat Yaqubov, liseyin direktoru Gültəkin Şıxəliyeva çıxış ediblər.

 

Çıxışlarda  Qarabağ, o cümlədən Şuşa şəhəri haqqında geniş məlumat verilərək,  Şuşa şəhərinin zəngin tarixindən, mədəni irsindən, işğal dövründə məruz qaldığı dağıntılardan, hal-hazırda Prezident İlham Əliyev və Heydər Əliyev Fondu tərəfindən Şuşa şəhərində aparılan quruculuq işlərindən danışılıb.

 

Tədbirdə məktəblilərin hazırladığı şeir və bədii-kompozisiyalarla davam etdirilib.

 

Sonda Leytenant Arif Nuriyev adına Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyin müəlim və şagirdlərinə diplomlar, təşəkkürnamələr təqdim olundu və xatirə şəkli çəkilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı