Modern.az

Parlament daha bir qanuna dəyişiklik etdi

Parlament daha bir qanuna dəyişiklik etdi

مورد توجه

31 May 2022, 12:57

“Milli arxiv fondu haqqında” Qanununda dəyişiklik edilir.

 

Modern.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında məsələ müzakirəyə çıxarılıb.

 

Layihə barədə məlumat verən Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib ki, əsas dəyişiklik paketini nəzərdə tutan sənəd bir sıra dəyişiklikləri ehtiva edir. O, xatırladıb ki, adıçəkilən qanun 1999-cu ildə qəbul edilib:

 

"Ötən dövr ərzində ölkəmiz sürətlə inkişaf edib, dövlət idarəetmə sistemində, iqtisadi, siyasi, sosial-mədəni sferalarda dərin islahatlar aparılıb. Digər sahələrdə olduğu kimi, arxiv işi fəaliyyətinin də yeni dövrün tələblərinə uyğun təkmilləşdirilməsi zərurətindən irəli gələrək, ölkə Prezidentinin 2020-ci il 12 fevral tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Qeyd edilib ki, “Mill arxiv fondu haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi Dövlət Proqramına uyğun olaraq hazırlanıb.

 

Qanun layihəsində Milli arxiv fondunun qeydiyyat sisteminin təkmilləşdirilməsi, dövlət arxiv xidməti sisteminin yeni strukturunun müəyyən edilməsi, habelə arxiv məlumatlarının əldə edilməsi sahəsində müvafiq icra hakimiyyəti orqanının iştirakı, arxivlərin maddi-texniki təminatı, habelə arxiv əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ehtiva edilib. Təklif olunan dəyişikliklər Milli arxiv fondu sənədlərinin komplektləşdirilməsi, mühafizəsi, arxiv sənədlərinin elmi-tarixi və sosial məqsədlər üçün daha əlverişli istifadəsi, informasiya və kommunikasiya texnologiyalarını tətbiq etməklə arxiv işinin modernləşdirilməsi, arxiv sənədlərinin rəqəmsallaşdırılması və vahid elektron məlumat sisteminin yaradılmasını nəzərdə tutur. Qanun layihəsində bütövlükdə 13 maddə üzrə 42 adda dəyişiklik nəzərdə tutulur".

 

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı