Modern.az

Filarmoniyadakı gecə görüntüləri tənqid olundu 

Filarmoniyadakı gecə görüntüləri tənqid olundu 

Aktual

2 İyun 2022, 13:12

Azərbaycan Dövlət Akademik Filarmoniyasının ərazisində fəaliyyət göstərən “UFFO” restoranında çəkilmiş görüntülər yayılıb. Sosial şəbəkələrdə paylaşılan videolar paytaxt sakinlərinin etirazına səbəb olub. Filarmoniya ərazisində qeyri-etik hərəkətlərin yol verilməz olduğu bildirilir.

 

Modern.az xəbər verir ki, Mədəniyyət Nazirliyi müzakirələrə səbəb olan görüntülərlə bağlı açıqlama yayıb. 

 

Nazirlikdən bildirilib ki, internetdə yayılan video yeni deyil. 

 

"Restoranda çəkilmiş videolar bir müddət öncə lentə alınıb, məkanın fəaliyyəti məlum hadisədən sonra dayandırılıb", - deyə məlumatda qeyd olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı