Modern.az

Həbsdə olan şəxsin 2 il əvvəlki oğurluğunun üstü açıldı

Həbsdə olan şəxsin 2 il əvvəlki oğurluğunun üstü açıldı

مورد توجه

3 İyul 2022, 12:51

2020-ci ilin dekabr ayında Şirvan şəhəri ərazisində “Mercedes” markalı bir mikroavtobusdan vətəndaşa məxsus 10.300 manat pul oğurlamaqda şübhəli bilinən şəxsin kimliyi müəyyən olunub.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsinin və Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin şəhər sakini, hal-hazırda sonradan törətdiyi başqa bir oğurluq hadisəsinə görə Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən Etiqad Səməndərli olduğu müəyyən edilib. 

 

Dindirilmə zamanı həmin şəxs iki il əvvəl törətdiyi cinayət əməlini etiraf edib.

 

Faktla bağlı Şirvan ŞPŞ-də araşdırmalar davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı