Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gününrəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, bu günün rəqəmi isə 517-dir.Belə ki, 2022-ci ilin yanvar-may ayları ərzində prokurorluq orqanları tərəfindən 517 cinayət işinin istintaqı tamamlanıb.
Prokurorluq orqanlarının fəaliyyətindəki bu və ya digər yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.