Modern.az

Ukrayna İranla diplomatik əlaqələri KƏSİR

Ukrayna İranla diplomatik əlaqələri KƏSİR

Aktual

18 Oktyabr 2022, 16:50

Ukrayna ilə İran arasında diplomatik münasibətlər kəsilir.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.

 

"İran pilotsuz təyyarələrinin Ukraynanın mülki infrastrukturuna çoxsaylı dağıntıları, xalqımıza vurduğu ölüm və iztirabları, habelə İranın Rusiyaya silah tədarükünün mümkün davam etməsi ilə bağlı yayılan xəbərləri nəzərə alaraq, Prezidentə İranla diplomatik münasibətləri kəsmək təklif edilib", - XİN rəhbəri bildirib.

 

Kuleba, həmçinin əlavə edib ki, Ukrayna heç vaxt İran əleyhinə mövqe tutmayıb: "İran təcavüz cinayətinin iştirakçısına çevrildikdən sonra bu gün biz çox aydın və dürüst mövqe tutacağıq. Əgər İran Rusiyanı silahla təmin etməyi dayandırarsa, biz münasibətlərin bərpasından danışacağıq". 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı