Modern.az

Zəngilandan qayıdan Ərdoğan İrəvana ÇAĞIRIŞ ETDİ

Zəngilandan qayıdan Ərdoğan İrəvana ÇAĞIRIŞ ETDİ

Aktual

21 Oktyabr 2022, 13:38

"Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşməsi və sülh sazişinin imzalanması regionun normallaşması üçün mühüm addım olacaq".

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.

 

Prezident qeyd edib ki, Azərbaycanla Türkiyənin Cənubi Qafqazdakı ortaq maraqları sülh və sabitliklə bağlıdır.

 

"Uzun illərdən sonra regionda daimi sülhü təmin etmək üçün imkanlar yaranıb. Ermənistandan gözləntimiz bu tarixi fürsəti qiymətləndirməkdir. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması Türkiyə-Ermənistan əlaqələrinə də təsir göstərəcək. Qardaş Azərbaycanla əməkdaşlığımızı “bir millət, iki dövlət” prinsipi ilə davam etdirməkdə israrlıyıq”, - deyə Ərdoğan qeyd edib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı