Sloveniyada prezident seçkilərində səsvermə başlayıb.
Modern.az xəbər verir ki, yerli vaxtla saat 07:00-da ölkə üzrə 3 mindən çox seçki məntəqəsi açılıb.
Seçkilərdə yeddi namizəd mübarizə aparır. Keçmiş xarici işlər naziri, Sloveniya Demokratik Partiyasından olan deputat Anze Loqar ən şanslı namizəd hesab edilir.
Seçki məntəqələri saat 19:00-da bağlanacaq.