Bakıda poçtdan oğurluq edilib.
DİN-dən Modern.az-a verilən məlumata görə, Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 29-da rayon ərazisindəki poçtların birindən 1040 manat pul və 2600 manat dəyərində lotereya biletləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İlqar Knyazov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.