Modern.az

MHP yoluna davam edəcək

MHP yoluna davam edəcək

Güncel

2 Noyabr 2015, 22:06

Milliyyətçi Hərəkat Partiyası 1 noyabr seçkilərində səs itkilərini bu gün keçirdiyi Başkanlıq Toplantısında müzakirə edib. Partiya lideri Devlet Bahçeli mətbuata açıqlamasında MHP-nin bütün səlahiyyətli şəxslərinin öz işlərini davam etdirdiklərini vurğulayıb. Seçkinin nəticələrinə sayğı ilə yanaşdıqlarını qeyd edən MHP lideri gələcək işlərini seçkilərin yekun nəticələrinə uyğun quracaqlarını vurğulayıb. Devlet Bahçeli millət vəkili seçilməyən genel başkan yardımcıları Sadir Durmaz və Ruhsar Demirel ilə Genel Sekreter Yardımcısı Hidayet Vahapoğlunun istefasının toplantıda gündəmə gəlmədiyini qeyd edib.

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı