Modern.az

FHN uşaq bağçasındakı yanğınla bağlı məlumat yaydı

FHN uşaq bağçasındakı yanğınla bağlı məlumat yaydı

Ölkə

19 İyun 2016, 21:05

 

Fövqəladə Hallar Nazirliyi Xaçmaz rayonu, Xudat şəhərindıə baş vermiş yanğınla bağlı məlumat yayıb. Modern.az  Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Xaçmaz rayonunda ümumi sahəsi 360 kv.m olan hazırda fəaliyyət göstərməyən uşaq bağçasının taxtadan ibarət dam örtüyü 360 kv.m və taxta arakəsmələri 10 kv.m sahədə yanıb.

Uşaq bağçasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı