Modern.az

Hava çiskinli keçəcək

Hava çiskinli keçəcək

Ölkə

21 Noyabr 2011, 13:17

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən  məlumatda bildirilir ki, noyabrın 22-də  Bakıda və Abşeron yarımadasında  hava şəraitinin səhər və axşam yarımadanın bəzi yerlərində çiskinli olacağı gözlənilir.

Arabir güclənən şimal-şərq küləyi əsəcək, gündüz arabir cənub-qərb küləyi ilə əvəz olunacaq. 
Havanın temperaturu gecə 5-7 dərəcə isti, gündüz 7-11 dərəcə isti təşkil edəcək. 
Azərbaycanın rayonlarında isə  hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə az yağıntılı olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 
Havanın temperaturu gecə 2-7 dərəcə isti, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 8-13 dərəcə şaxta təşkil edəcək.
Tibbi - meteoroloji proqnoz əsasən  Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar ücün nisbətən əlverişli olsa da, 23-ü günün ikinci yarısından başlayaraq hava şəraitinin təzadlı dəyişməsi, 24-də kəskinləşməsi, güclü xəzri küləyi fonunda soyuq diskomfort şərait meteohəssas insanlar ücün əlverişsizdir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı