Modern.az

Goranboyda 5 mindən çox köçkün aksiyalara hazırlaşır

Goranboyda 5 mindən çox köçkün aksiyalara hazırlaşır

کشور

15 Avqust 2012, 10:00

 

Goranboy rayonunun Qaraçinar, Yenikənd, Meşəli və digər qonşu kəndlərində məskunlaşan kəlbəcərli məcburi köçkünlərə ayr-ayrı dövlət qurumları tərəfindən ayrı-seçicilik edilib.

Bunu kənd sakinləri saytımıza ünvanladıqları müraciətlərində bildiriblər.

Onlar qeyd edirlər ki, adları çəkilən kəndlər Goranboyun Şəfəq və Ağcakənd  yaşayış məntəqələri arasında yerləşir. Lakin həm Şəfəq, həm də Ağcakənd kəndlərində insanlara mavi yanacaq verilsə də, kəlbəcərlilər məskunlaşan kəndlər bundan məhrum edilib.

Ən qəribəsi isə odur ki, rayondan Ağcakəndə çəkilən qaz kəməri Qaraçinar, Yenikənd, Meşəli kəndlərindən keçir. Yəni burada qaz xəttinin uzaq olması kimi bəhanə gətirilə bilməz. Digər tərəfdən, əgər qaz kəndlərə növbəliliklə çəkilirsə, o zaman kəlbəcərlilərin məskunlaşdıqları kəndlər yaddan çıxmazdı, nəinki həmin kəndlərdən qaz xətti çəklib onlara göz dağı vermək. Məcburi köçkünlər qeyd edirlər ki, dövlət qurumları ögey-doğmalıq qoymasaydılar, rayona yaxın olan kəndləri unudub daha uzaq kəndlərə qaz verməzdilər. Şikayətçilər məktublarında qeyd edirlər ki, onlar hansısa kəndə qz verilməsinin əleyhinə deyillər. Şəfəq də, Ağcakənd də qazdan istifadə erməlidir, deyən köçkünlər özlərinə qarşı münasibətdən narazıdırlar.

Qarşıdan qış aylarının gəldiyini və oduncağın çox baha olduğunu qeyd edən kəlbəcərli məcburi köçkünlər məsələdən çıxış yolu kimi böyük kütləvi aksiyalara srtart verəcəklərini deyiblər. Onlar məsələ ilə bağlı dəfələrlə müvafiq instansiyalara müraciət etsələr də “gözləyin, yaxın zamanlarda həll olunacaq” kimi “baş altına yastıq qoymaq” kimi cavablar alıblar. Buna görə də qarşılaşdıqları problemin həlli üçün yeganə çıxış yolunu Goranboyda kütləvi aksityalar keçirməyi planlaşdırırlar. Bu kəndlərdə beş mindən çox məcburi köçkün yaşayır.

Bu məsələ ilə birbaşa əlaqəsi olan “Azəriqaz” İstehsalat Birliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi  Araz Ağayev Modern.az saytına açıqlamasında təsdiqlədi ki, doğrudan da həmin kəndlərə qaz verilməyib: “Həmin kəndlərə 2012-ci ilin sonuna kimi qaz veriləcək. İşlər planlı surətdə gedir. Orada qazın olması bu ilin sonuna planlaşdırırlır”.

Dəqiq qaz xətlərinin nə vaxt çəkiləcəyinə gəlincə, “Azəriqaz” rəsmisi o barədə dəqiq məlumat verə bilməyəcəyini deyib.

Amma nə səbəbdən bu kəndləri arada saxlayıb ondan sonra gələn kəndlərə qaz verilməsi məsələsinə aydınlıq gətirilməyib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri  Elçin Qədimov saytımıza bildirib ki, bu məsələnin onlara aiddiyyatı yoxdur. Komitə rəsmisi bu məsələni Goranboy  rayon İcra Hakimiyyəti ilə əlaqəli olduğunu deyib.

Buradan isə belə nəticə çıxır ki, məcburi köçkünlərin üzləşdikləri problemlərin adı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi olan bir dövlət qurumuna aidiyyatı yoxdur. 

Anar Kəlbiyev

 P.S. Mövzuyla bağlı araşdırmalarımız davam etdiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı