Modern.az

Ürəyiniz ağrıyırsa...

Ürəyiniz ağrıyırsa...

Ölkə

17 Dekabr 2012, 08:10

XXI əsrə qədər ürək xəstəlikləri əksərən yaşlı nəslin nümayəndələrində müşahidə olunurdu.

Indi isə bu  xəstəlik  xeyli cavanlaşıb və gənclər arasında da geniş yayılıb. Hətta ana bətnində olan uşaqlarda belə ürək qüsurları olur.

Bu xəstəliklər barədə HEBRA FLORA həkimi,  terapevt Elnur Rəhimov saytımıza ətraflı məlumat verib.

Həkim bildirib ki, aritmiya – ürək ritminin, yəni ürək yığılmaları tezliyinin, gücünün və ardıcıllığının pozulmasıdır. Aritmiya kifayət qədər ciddi xəstəlikdir, çünki  mütəxəssis nəzarəti olmayan bir sıra hallarda ölümlə nəticələnə bilir. Bununla yanaşı ritm pozulmaları heçdə həmişə patoloji hesab olunmur. Ağır fiziki yüklənmə və stress kimi hallarda ürək döyünmənin yaranması orqanizmin normal reaksiyasıdır. Müəyyən ritmə uyğun yığılan zaman qanı damarlara qovur, nəticədə orqan və toxumalar qida maddələri və oksigenlə təchiz olunur. Lakin əgər ritm pozulmaları tez-tez, hətta sakitlik zamanı da baş verirsə, onda mütləq kardioloqa müraciət etmək lazımdır. Belə pozulmaların səbəbləri müxtəlifdir.

- Yanaşı ürək-damar sistemi xəstəlikləri (ÜİX, miokardın iltihabı, ürək qüsurları, hipertoniya və s.)

- Ürək-damar sisteminin funksional pozulmaları

- Sinir sisteminin funksional pozulmaları

- elektrolit balansının pozulması

- alkoqol, nikotin, narkotiklər, dərmanın  toksikasiyası

- endokrin sistemin xəstəlikləri

Ürək ritminin pozulmasına səbəb olan bəzi başqa risk faktorları da var. Bunlara tez-tez soyuqlama, mütəmadi streslər, fiziki yüklənmə və s. aiddir. Hazırda aritmiyanın bir neçə forması ayırd edilir:

- taxikardiya (ürək ritminin sürətlənməsi)

- bradikardiya (ürək ritminin ləngiməsi)

- ekstrasistoliya (ritmdən kənar yığılmaların yaranması)

- qulaqcıqların səyirməsi (ürək əzələsinin ayrı-ayrı liflərinin yığılması)

Taxikardiya – ürək ritminin hər hansı bir səbəbdən dəqiqədə 80-85 vurğudan çox artmasıdır. Bu zaman ritm düzgün olur, yəni ürək yığılmaları arasındakı intervalların müddəti eyni olur.

Əlamətləri – ürəkdöyünmə, zəiflik, başgicəllənmə, hava çatışmazlığı hissi, bayılmadır. Taxikardiya bir sırasəbəblərdən yaranır:

- fiziki və emosional yüklənmə, hərarətin yüksəlməsi, alkoqol qəbulu zamanı orqanizmin normal reksiyası

- arterial təzyiqin düşməsi (məsələn, qanaxma zamanı)

- anemiya

- irinli infeksiyalar

- bədxassəli şişlər

- hipertireoz

- bəzi dərmanların qəbulu

- ürək əzələsinin və keçirici sistemin patologiyalarıvə s.

Bradikardiya – ürək vurğularının sayı dəqiqədə 60-dan aşağı olmasıdır. Bradikardiyalı xəstələri zəiflik, başgicəllənmə, bayılma, soyuq tər basma kimi əlamətlər narahat edir. Əsas iki səbəbi ayırd edilir:

- sinus düyününün zəifliyi sindromu, yəni sinus düyününün impuls yaratma qabiliyyətinin zəifləməsi

- impulsların ötürülməsinin zəifləməsi

Bir çox hallarda bradikardiya ürəyin işemik xəstəliyi, hipertenziyalar, miokarditlər, endokrin xəstəliklər, qanda kaliumun səviyyəsinin artması, kəllədaxili təzyiqin artması fonunda yaranır.

Qulaqcıqların səyirməsi səyirici aritmiyanın bir forması olub, qulaqcığın ayrı-ayrı liflərinin yığılması ilə xarakterizə olunur. Əgər qulaqcıqların səyirməsi zamanı çoxsaylı ocaqlar yaranırsa, ürək əzələsinin bütövlükdə yığılması pozulur.  Nəticədə ürək boşluğunda qan laxtalanır və laxtalardan biri baş beynin arteriyasına düşürsə, beyin qan dövranının pozulması və iflic baş verir. Aritmiyanın bu növü çox vaxt hipertoniya, şəkərli diabet, ürək  qüsurları və başqa xəstəliklərin fonunda yaranır.

Ekstrasistoliya – növbədən kənar tək və ya cüt ürək yığılmalarının yaranması səbəbindən ürək ritminin pozulmasıdır. Aritmiyanın bu növündə fizioloji impuls mənbəyindən kənarda yeni impuls mənbəyi yaranır və ekstrasistolalar generasiya edir. Əgər 3-4 ekstrasistola bir-birinin ardınca gəlirsə bu, artıq paroksizmaltaxikardiya kimi qiymətləndirilir.

Aritmiya zamanı teakard çayını sedativ çayı ilə yanaşı dəmləyib istifadə etmək faydalıdır.

Yemişan ürək döyünmədə faydalıdır: 1 xörək qaşığı yemişan yarpaqlarının üzərinə 750 ml qaynar su tökülür, 30 dəqiqə dəmləndikdən sonra süzülür. Gündə 3 dəfə, hərdəfə 1 stəkandan yeməkdən sonra 2-3 həftə müddətində qəbul edilir.

Ürək döyünmədə dərman bədrəncin dəmləməsi: 1 xörək qaşığı bədrənc (limonlu nanə) yarpaqları xırdalanır, üzərinə 250 ml qaynar su əlavə olunur, 30 dəqiqə müddətində dəmləndikdən sonra süzülür. İlıq şəkildə gündə 3 dəfə 1/2 stəkandan yeməkdən əvvəl qəbul edilir. 

AZƏR Salehli,

Azərbaycan Tibb Universitetinin tələbəsi

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı