Modern.az

Nazirlik Bakıda "evyıxma"ya hazırlaşır

Nazirlik Bakıda "evyıxma"ya hazırlaşır

Ölkə

25 May 2010, 14:03

Paytaxtın Nizami rayonu ərazisində “Şanxay” adı ilə tanınan məşhur gecəqondular yurdu yerlə-yeksan ediləcək. Modern. az xəbər verir ki, mayın 25-də Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsnov jurnalistlərə açıqlamasında bildirib ki, Nizami rayondakı “Şanxay” adlanan ərazidə, dəmiryolunun qırağındakı evlərin sökülməsinə yaxın gunlərdə başlanılacaq. “Əslində bu işə artıq başlanılmalı idi. Sadəcə sel-daşqın fəlakəti ilə bağlı bütün texnikalarımız rayonlara  aparıldığından icazəsiz evlərin sökülməsi gecikib. Bu işə biz çoxdan başlamalıyıdıq”. 

 

Saytımıza verilən məlumata görə, sözügedən ərazidə yaşayan sakinlərə sökünrü barədə xəbərdarlıq da edilib. Hətta söküntü işlərinin aparılması üçün evlərin si­ya­hı­ya alınmasına başlanıldığı da bildirilir. Sakinlər adından danışan Vəli Hüseynov saytımıza deyib: "Vaxtında tikintiyə necə icazə veriblərsə, eləcə də zəhmət çəkib kompensasiyanı ödəsinlər. Əks halda, divar başımıza uçsa da, evimizi tərk edən deyilik».

Modern.az

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı