Modern.az

Seçicilərinə arxalanan namizəd... ®

Seçicilərinə arxalanan namizəd... ®

Ölkə

20 Oktyabr 2010, 11:34

YAP Siyəzən rayon təşkilatı Milli Məclisə deputat seçkilərinə  çox ciddi və məsuliyyətlə hazırlaşır. Yeni Azərbaycan Partiyasının rayonda ən aparıcı qüvvə olduğu məlumdur. Belə ki, təşkilat sıralarında 2800 nəfər üzvü birləşdirir. 40 ərazi ilk partiya təşkilatında birləşən fəallarımız var qüvvələri ilə bu işə qoşulublar. Parlament seçkilərinə hazırlıqla bağlı YAP Siyəzən rayon təşkilatının fəaliyyət proqramı hazırlanmış və bu proqrama uyğun ərazi ilk partiya təşkilatlarında görüşlər keçirilmədədir.
Qeyd edək ki, bu məqsədlə seçki Qərargahı yaradılmış və fəaliyyət göstərir. Qərargah üzvlərinin hər biri seçki təcrübəsi olan YAP üzvüdürlər. Hazırda tərtib olunmuş proqramda təbliğat-təşviqat qrupunun yaradılması, məntəqələrdə müşahidəçi və məşvərətçilərin iştirakı və s. məsələlər nəzərdə tutulmuşdur.
Parlament seçkilərində iştirak edəcək müşahidəçi və məşvərətçilərin forma üzrə siyahıları hazırlanmışdır. Həm partiyamız tərəfindən namizədlərin irəli sürülməsi kampaniyası, həm də irəli sürülmüş namizədlərin dairə seçki komissiyası tərəfindən qeydə alınması üçün imzaların toplanılması, müvafiq sənədlərin hazırlanması kampaniyası uğurla həyata keçirilmişdir. 

Təbliğat-təşviqat kampaniyası bütün seçki dairələrində  olduğu kimi  54 saylı Şabran-Siyəzən dairəsində də uğurla davam edir. Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Tahir Süleyman oğlu Süleymanovun təbliğat-təşviqat kampaniyası uğurla həyata keçirilir.

Belə ki, o, 19 oktyabr 2010-cu il tarixdə YAP Siyəzən rayon təşkilatının təşəbbüsü ilə Siyəzən rayonu Məşrif, Qozağacı, Sədan və Eynibulaq kəndlərində əhali ilə görüşlər keçirmişdir. Milli Məclis üzvlüyünə namizəd Tahir Süleymanov seçiciləri tərəfindən böyük səmimiyyətlə, xoş münasibətlə qarşılanıb. O, millət vəkili kimi, son beş ildə gördüyü işlərdən, deputat kimi öhdəsinə düşən vəzifələrdən söz açıb. Kənd əhalisi onun fəaliyyətindən, gördüyü işlərdən razı qaldıqlarını bildiriblər. Öz növbəsində millət vəkili ona göstərilən etimada görə öz minnətdarlığını bildirib.

Deputatlığa namizəd öz çıxışı əsnasında yenidən millət vəkili seçiləcəyi təqdirdə, görəcəyi işlərdən danışıb, partiyanın seçki platforması barədə seçicilərə dolğun, ətraflı məlumat verib. O, Yeni Azərbaycan  Partiyasının xalqın maraqlarını düzgün və hərtərəfli şəkildə ifadə edən partiya olduğunu bildirərək, qeyd etdi ki, partiyanın namizədləri və fəalları üzərlərinə düşən missiyanı həmişə ləyaqətlə yerinə yetiriblər və gələcəkdə də bu işi davam etdirəcəklər. 7 noyabr  parlament seçkilərinin böyük əhəmiyyət kəsb etdiyini bildirən deputatlığa namizəd, Azərbaycanın artıq demokratiya və insan hüquqları sahəsində zəngin təcrübəyə malik olan bir ölkə olduğunu qeyd etdi.

Daha sonra millət vəkili kənd əhalisinin  gündəlik qayğıları, məişət problemləri ilə yaxından  tanış oldu. Onlara bu problemlərin çözülməsində yaxından köməklik göstərəcəyini bildirən millət vəkili, təmsil etdiyi bölgənin bütün taleyüklü məsələlərinin həllində əlindən gələn köməyi əsirgəməyəcəyinə söz verdi.







***
21 oktyabr

7 noyabr 2010-cu il tarixdə keçiriləcək Milli Məclisə növbəti seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının bütün namizədləri kimi Şabran-Siyəzən seçki dairəsindən namizədliyi verilmiş Tahir Süleymanov da  təbliğat-təşviqat kampaniyası başlanan gündən öz seçiciləri ilə sıx ünsiyyət qurur, təmsil etdiyi dairəni əhatə edən ərazidə görüşlərini uğurla davam etdirir.
Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatı da bununla əlaqədar olaraq “Güclü dövlət, yüksək rifah naminə” şüarını rəhbər tutaraq öz namizədinin təbliğatını fəallıqla həyata keçirir.

Oktyabrın 21-də deputatlığa namizədin Siyəzən rayonun Zarat, Beşdam, Böyük Həmyə və Balaca Həmyə kəndlərində seçiciləri ilə görüşü olmuşdur. Tahir Süleymanov kəndlərdə əhali tərəfindən xoş münasibətlə qarşılanıb.

YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov bildirib ki, rayon təşkilatı parlament seçkilərinə ciddi surətdə hazırlaşır və öz işini Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə və partiyanın Mərkəzi Aparatının tövsiyələrinə uyğun şəkildə qurur. Bütün zəruri seçki prosedurlarını uğurla icra edən rayon təşkilatı hazırda partiyanın namizədinin uğur qazanması üçün geniş təşviqat kampaniyası həyata keçirir. Daha sonra Etibar Heydərov deputatlığa namizəd barədə geniş məlumat verərək, millət vəkili kimi Tahir Süleymanovun  son beşillik fəaliyyətindən razı qaldığını   bildirib. Təşkilat sədri onu da xüsusilə qeyd edib ki, Yeni Azərbaycan Partiyası indiyə qədər iştirak etdiyi bütün seçkilərdə inamlı qələbə qazanıb, bu seçkilərdə də partiyanın namizədinin uğurlu qələbəsinə inanır.

Görüşdə Tahir Süleymanov çıxış edərək bildirib ki, bu gün özünü doğma insanlar arasında çox yaxşı hiss edir, artıq üçüncü dəfə seçiciləri ona etimad göstərirlər. O, qeyd edib ki, Yeni Azərbaycan Partiyasının parlament seçkilərində inamlı qələbə qazanacağına əmindir. O,Yeni Azərbaycan Partiyasının namizədi kimi, seçicilərin etibarını, inamını, səsini qazanmağa çalışdığını, millət vəkili seçiləcəyi təqdirdə seçicilərin etimadını doğrultmağa var qüvvəsi ilə səy göstərəcəyini bildirib.

Daha sonra yerli sakinlərdən bir neçəsi söz alaraq, Tahir Süleymanova öz arzu və istəklərini bildiriblər.
Sakinlər kəndlərin bəzi məişət problemlərindən, qayğılarından da söz açıblar.

Milli Məclis üzvlüyünə namizəd sakinləri narahat edən bütün məsələləri diqqətlə dinləyərək tezliklə bu problemlərin həll olunması üçün köməklik göstərəcəyini bildirib. Onun yerli sakinlərə göstərdiyi diqqət və qayğı əhali tərəfindən rəğbətlə qarşılanıb.



Deputatlığa namizədin seçki qərargahı

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı