Azərbaycana keçmək istəyən Ermənistan vətəndaşı saxlanılıb.
Modern.azxəbərverirki, bu barədə Əsirvə itkindüşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.
Məlumata görə, erməni əsilli 1954-cü il təvəllüdlü Agetsyan Henrik Sayerbekoviç avqustun 7-də Sədərək istiqamətindən Naxçıvan Muxtar Respublikasına keçərkən Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb.
Beynəlxalq Qızıl Xaç Komitəsi ona baş çəkilməsi məqsədilə komissiya tərəfindən məlumatlandırılıb.
İctimaiyyətə əlavə məlumat veriləcək.
Modern.az