Modern.az

Rəhim Hüseynov: “Müxalifət boykotla nəsə etdiyini düşünür”

Rəhim Hüseynov: “Müxalifət boykotla nəsə etdiyini düşünür”

11 Fevral 2018, 12:00

“Azərbaycanda prezident seçkilərinin aprel ayına təyin olunduğunu eşidəndə yerində verilmiş doğru qərar kimi qiymətləndirdim. Yaxşı ki, seçkiləri payıza saxlamadılar”. 

 

Bunu Modern.az-a açıqlamasında sabiq baş nazir Rəhim Hüseynov deyib.

O bidlirib ki, xalq kimə səs verəcəyini çox yaxşı bilir.

 

“Xalq bu seçkilərə ümidlə və tək namizədlə gedir. O tək namizəd də İlham Əliyevdir. İnanıram ki, bu dəfə də İlham Əliyev seçiləcək. Düzü, ən yaxşı və doğru namizəd odur. Ondan başqasını layiqli namizəd görmürəm”.

 

Sabiq siyasətçi Milli Şuranın növbədənkənar seçkiləri boykot etməsinə də münasibət bildirib.

 

“Müxalifət nə etdiyini bilmir. Özünü sonuncu yola qoyub. Boykot etməklə nəsə etdiklərini düşünürlər”

 

Qeyd edək ki, Rəhim Hüseynov 1992-ci ilin mayından 1993-cü ilin yanvar ayına kimi Azərbaycanın baş naziri vəzifəsində çalışıb. AXC hakimiyyəti dövründə könüllü olaraq baş nazir vəzifəsindən gedib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!