Modern.az

Ordumuz atəş açmayıb, bu xəbər yalandır!

Ordumuz atəş açmayıb, bu xəbər yalandır!

Hadisə

1 Dekabr 2022, 09:22

"Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb".

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən bildirilib.

 

"Azərbaycan Ordusunun bölmələri tərəfindən guya noyabrın 30-u saat 22:35-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində müxtəlif çaplı atıcı silahlardan atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil. Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - rəsmi məlumatda qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı