Modern.az

İki dəhşətli qəza 2 nəfərin həyatına son qoydu

İki dəhşətli qəza 2 nəfərin həyatına son qoydu

Hadisə

5 Dekabr 2022, 10:22

Dekabrın 3-də ölkə ərazisində 2 dəhşətli qəza baş verib.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, saat 16 radələrində Daşkəsən rayonunun Bayan kəndi ərazisində rayon sakinləri Xanlar Tağıyevin idarə etdiyi “VAZ-21214” və S.Məmmədovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Nəticədə X.Tağıyev hadisə yerində ölüb. 

 

Analoji hal həmin gün saat 18 radələrində Bərdə rayonunun Soğanverdilər kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, Ağdam rayon sakini Cavanşir Məmmədovun idarə etdiyi “VAZ-21011” və Kəlbəcər rayon sakini N.Qarayevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə C.Məmmədov hadisə yerində ölüb.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü