Modern.az

Şəhidin həyat yoldaşı qaynı tərəfindən öldürüldü 

Şəhidin həyat yoldaşı qaynı tərəfindən öldürüldü 

Hadisə

13 May 2023, 18:30

Xızıda qadın öz qaynı tərəfindən qətlə yetirilib.

 

Modern.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, hadisə bu gün saat 17:00 radələrində rayonun Giləzi qəsəbəsində baş verib.

 

Belə ki, qəsəbə sakini Ləman Qurbanovanın ailə münaqişəsi zəminində qaynı Taleh Qurbanov tərəfindən boğularaq öldürülməsi barədə polisə məlumat daxil olub.

 

Dərhal hadisə yerinə polis əməkdaşları gedib. T.Qurbanov polis tərəfindən saxlanılıb.

 

Məlumata görə, Ləman Qurbanovanın həyat yoldaşı şəhid olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü