Modern.az

Lahıc qəsəbəsi ilə əlaqə kəsildi

Lahıc qəsəbəsi ilə əlaqə kəsildi

31 May 2023, 22:32

Bu gün axşam saatlarında başlayan külək və yağış İsmayıllı rayonunda fəsadlar törədib.

 

Modern.az xəbər verir ki, sel suları nəticəsində dağlardan qopan qaya parçaları və lil qatı İsmayıllı-Lahıc avtomobil yolunu bağlayıb.

 

Bundan əlavə, rayonun elektrik və qaz təchizatına zərər dəyib. Hazırda rayonun bir çox ərazilərində elektrik enerjisinin verilişi dayanıb. Fərdi evlərə, məktəblərə, taxil və bostan sahələrinə zərər dəyib.

 

Hazırda rayon fövqəladə hallar komissiyası tərəfindən ərazidə fəsadların aradan qaldırılması üçün işlər görülür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır