Modern.az

24 nəfər sirkə turşusundan zəhərlənib

24 nəfər sirkə turşusundan zəhərlənib

Hadisə

5 Mart 2024, 11:06

Fevral ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 106 nəfər daxil olub.

 

Mərkəzdən Modern.az-a bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 11-i dəm qazından, 52-si dərmandan və 9-u etanoldan zəhərlənən şəxslərdir.

 

Həmçinin 10 nəfər allergik reaksiyadan, 24 nəfər isə sirkə turşusundan zəhərlənib.

 

Məlumata görə, həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü (kişi cinsli) vəfat edib.

 

Ölüm halları sirkə turşusu, etanol və dərman zəhərlənmələrindən qeydə alınıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir