Modern.az

Kəlbəcərdəki qəzada yaralanan sürücü 3 gün sonra öldü

Kəlbəcərdəki qəzada yaralanan sürücü 3 gün sonra öldü

Hadisə

6 Mart 2024, 10:04

Martın 2-də saat 15 radələrində Kəlbəcərdə baş vermiş qəzada xəsarət alan şəxs 3 gün sonra ölüb.

 

Modern.az xəbər verir ki, şirkətlərdən birində sürücü işləyən 1980-cı il təvəllüdlü Heydərov Yasin Muxtar oğlunun idarə etdiyi "MAN" markalı yük maşını Qamışlı kəndində aşıb.

 

Ağır vəziyyətdə Gəncə Şəhər Mərkəzi xəstəxanasına aparılan 44 yaşlı sürücü martın 5-də orada ölüb.

 

Faktla bağlı Kəlbəcər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir