Modern.az

Bakıda marketin anbarında YANĞIN

Bakıda marketin anbarında YANĞIN

19 Mart 2024, 08:12

Bakı şəhərinin Nəsimi rayonunda üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 200 m² olan mağazanın zirzəmisində 2 m² sahədə parfum yanıb, yüksək temperaturdan lambirdən ibarət tavan 2 m² sahədə qarsalanıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a bildirilib ki, mağaza və zirzəminin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir