Modern.az

Bakıda ukraynalı qadını əri BIÇAQLADI

Bakıda ukraynalı qadını əri BIÇAQLADI

24 Mart 2024, 23:04

Azərbaycanda Ukrayna vətəndaşı xanım əri tərəfindən bıçaqlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat yayıb.

 

Bildirilib ki, xanım müalicə aldığı xəstəxanadan çıxarıldıqdan sonra sığınacağa yerləşdirilib.

 

Qeyd edək ki, dəfələrlə şiddətli şəkildə döyülən xanım sonuncu dəfə ölümlə üz-üzə gəlib. Artıq həyatını itirəcəyini düşünən xanımın köməyinə qonşular gəliblər. Son anda qonşuların müdaxiləsi nəticəsində qadın yaralı vəziyyətdə qaçıb.

 

Məsələ ilə bağlı açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti İdarəsinin rəis müavini Zeyni Hüseynov bildirib ki, fakt Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində nəzarətə götürülərək Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb:

 

“Zərərəçəkənin xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub. Araşdırmalar davam etdirilir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir