Modern.az

“Crocus City Hall” terrorunda xüsusi təyinatlı polkovnik də ÖLÜB

“Crocus City Hall” terrorunda xüsusi təyinatlı polkovnik də ÖLÜB

Hadisə

29 Mart 2024, 15:56

Martın 22-də “Crocus City Hall” konsert zalında törədilən terror aktı nəticəsində həlak olanlar arasında Rusiya Silahlı Qüvvələri Baş Qərargahının xüsusi təyinatlı briqadasında xidmət etmiş polkovnik Timur Myasnikov da var.

Modern.az xəbər verir ki, bu barədə “Rusiya Zabitləri” təşkilatının Samara regional bölməsinin sədri Artur Malivançuk bildirib.

Onun sözlərinə görə, Timur Myasnikov terror aktı zamanı üç güllə yarası alıb və həkimlərin onun həyatını xilas etmək cəhdlərinə baxmayaraq, bir neçə gün sonra dünyasını dəyişib.

Polkovnik daha əvvəl Kosovo və Tacikistanda döyüşüb. O, Ukraynadakı hərbi əməliyyat zonasında xidmət edirmiş və terror aktından əvvəl məzuniyyətə gəlibmiş.

İddialara görə, terror aktı zamanı polkovnik arvadını və oğlunu təhlükəsiz yerə itələməyə müvəffəq olub və özünü atəşə sipər edib.

O, həyat yoldaşı və oğlu ilə birlikdə “Crocus City Hall”a "Piknik" qrupunun konsertinə baxmağa gəlibmiş.

Son məlumatlara görə, “Crocus City Hall” da törədilən terror aktı nəticəsində 143 nəfər həlak olub, 180-dən çox insan yaralanıb.

Hadisə ilə əlaqədar axtarışda olan 12 nəfərdən 8-i artıq həbs edilib. Onlardan 4-ü terror aktını törədənlərdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü