Modern.az

\"Prius\" yük maşınına çırpıldı - Sürücü öldü

\

18 Aprel 2024, 09:23

Bakıda yol kənarındakı yük maşınına çırpılan "Toyota Prius" markalı avtomobilin sürücüsü ölüb.

 

Modern.az xəbər verir ki, hadisə ötən gün Xətai rayonu, 8 Noyabr prospektində qeydə alınıb.

 

Bəxtiyar Həsənov idarə etdiyi "Toyota Prius" markalı avtomobillə yol kənarında dayanan "MAN TGA" markalı yük avtomobilinə çırpılıb.

 

Xəstəxanaya yerləşdirilən Bəxtiyar Həsənov həkimlərin səyinə baxmayaraq ölüb.

 

Faktla bağlı cinayət işi başlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU