Modern.az

Şəlalədə çimən 32 yaşlı kişi boğulub öldü

Şəlalədə çimən 32 yaşlı kişi boğulub öldü

Hadisə

12 İyun 2026, 17:23

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Lənkəran rayonu, Biləsər kəndi yaxınlığında yerləşən Biləsər şəlaləsində vətəndaşın batması barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub.

Dalğıclar tərəfindən 1994-cü il təvəllüdlü Quliyev Elvin Asif oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Zelenski tarix açıqladı - Müharibə dayandırılır? - Gündəm Masada